Komitə sədri: "Texniki, innovativ, neft sənayesi və digər sahələrdə təhsil alan qadınların sayı artır"


Digərləri 25 Dek 2018 11:57:00 353 0

Komitə sədri: "Texniki, innovativ, neft sənayesi və digər sahələrdə təhsil alan qadınların sayı artır"

Texniki, innovativ, neft sənayesi və digər sahələrdə təhsil alan qadınların sayı artır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cari ilin yekunlarına həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədqiqatların analizi də onu göstərir ki, qadınlar dövlət sektorunda işləmək arzusundadır. Statistik rəqəmlər də onu təsdiq edir ki, qadınların 30%-i dövlət, 70%-ə qədəri isə özəl sektorda işləyir: