Komitə sədri: Qadınların peşə təhsilinin gücləndirilməsi aktualdır
Digərləri 25 Dek 2018 11:12:00 369 0
Ölkədə ömür uzunluğunun artması əməkqabiliyyətli yaşda olan insanlar üçün çətinliklər yarada bilər
Bakı. İlhamə İsabalayeva -
Bu il sosial siyasətin tərkib hissəsi kimi ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi üçün daha güclü mexanizmlərin yaradılması sahəsində mühüm işlər görülüb.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cari ilin yekunlarına həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün çox əlamətdar hadisələrlə zəngindir. Bütün sahələrdə dinamik inkişaf təmin edilib və bu proses davam etməkdədir.
Mənbə: az.trend.az