Xərçəngin effektiv dərmanı hazırlandı


Dünya 25 Dek 2018 10:58:00 261 0

Xərçəngin effektiv dərmanı hazırlandı

"Northwestern Medicine" təşkilatının alimləri uşaq leykemiyasının uğurlu müalicə metodunu ərsəyə gətirib. Tədqiqatçılar ağ qan hüceyrələrinin bədxassəli şişlərə çevrilməsinə təkan verən mexanizmi müəyyən edərək, onun qarşısını almağın yolunu tapıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda məqalə "Genes & Development" nəşrində dərc olunub.

Leykozun bəzi növləri əksər genlərin aktivlik nizamlayıcısı rolunu oynayan MLL - qistonmetiltransferaz zülalını kodlaşdıran gendəki mutasiyalar ucbatından baş verir. Xromosom təkrar qurulmaları nəticəsində MLL geni digər xromosomların genləri ilə birləşir.

Bu, kəskin mielod leykemiya və limfoid leykemiyaya (leykemiyanın qarışıq forması) yol aça bilər. Nəticədə, xəstələr anemiyadan (qan çatışmazlığı) əziyyət çəkir və orqanizmlərində olan leykosit miqdarı isə sağlam insandakından 80 dəfə çox olur. Belə xərçəng xəstəliyi olan pasiyentlərin sağ qalma ehtimalı 30 faiz təşkil edir.