"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin sayı artırılıb


Digərləri 25 Dek 2018 10:42:00 725 0

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin sayı artırılıb

Nazirlər Kabineti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” qərara dəyişikliklər edib.

Bakı. Nazirlər Kabineti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” qərara dəyişikliklər edib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi 415 ştat vahidindən 430 ştat vahidinə qədər artırılıb. Qərarla habelə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu” yeni redaksiyada verilib: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu: 1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar). 2. “İçərişəhər” Muzey Mərkəzi. 3. Mənzil-kommunal və Təmir Xidməti.