"Mən ona "hə" dedim"


Digərləri 25 Dek 2018 10:13:00 626 0

"Mən ona "hə" dedim"

Heydi Klum nişanlanıb.

Son.az Mirror-a istinadla xəbər verir ki, 45 yaşlı model 29 yaşlı sevgilisi Tom Kaulitzun ona evlilik təklifi etdiyini açıqlayıb.

"America's Got Talent"in münsifi olan Heydi bu barədə məlumatı Tvitter-də yayıb və nişan üzüyünü göstərib. O, birlikdə çəkildikləri fotoya şərh olaraq "Mən "hə" dedim" sözlərini yazıb.

Modelin izləyiciləri onu təbrik edib, xoşbəxtlik arzulayıblar. Bəziləri Tomun ən gözəl yeni il hədiyyəsi aldığını qeyd ediblər.


Xəbərə aid fotolar