Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi


Digərləri 25 Dek 2018 10:10:00 508 0

Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə əməkdar artist Mehriban Xanlarova "Bizimləsən" proqramına qonaq olarkən deyib. 

Aktrisa qeyd edib ki, məşhur aktyor özəl klinikalardan birinə aparılıb, vəziyyəti ağırdır. Daha sonra canlı efirdə R. Əzizbəyli ilə əlaqə saxlanılıb. O, danışmaqda çətinlik çəkib: "Yaxşıyam, klinikadaym. Qızımla danışa bilərsiz? Telefonu ona ötürürəm".