İlahiyyat İnstitutunda “Nitq - fikir və düşüncələr təzahürü” mövzusunda təlim keçirilib


Digərləri 25 Dek 2018 10:01:00 313 0

İlahiyyat İnstitutunda “Nitq - fikir və düşüncələr təzahürü” mövzusunda təlim keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin peşəkar aparıcısı Saleh Bağırovun təqdimatında “Nitq - fikir və düşüncələr təzahürü” mövzusunda seminar keçirilib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin peşəkar aparıcısı Saleh Bağırovun təqdimatında “Nitq - fikir və düşüncələr təzahürü” mövzusunda seminar keçirilib. Aİİ-dən Trend-ə verilən məlumata görə, İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva seminar iştirakçılarını salamlayaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər keçirilir. Z.Əliyeva mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, nitq mədəniyyətinin, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün İnstitutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edib. O, mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verməklə yanaşı, tələbələrin ictimai-mədəni fəaliyyətinin təşkili üçün də səylə çalışdığını bildirib.