Yevlaxda yük maşınları toqquşaraq aşdı:


Digərləri 25 Dek 2018 09:32:00 556 0

Yevlaxda yük maşınları toqquşaraq aşdı:

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun rayonun Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "KamAZ" markalı yük maşınları toqquşub. Hər iki avtomobil yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində xəsarət alan sürücülər ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.