Süni intellekt ABŞın yeni xəritəsini tərtib edib


Digərləri 25 Dek 2018 08:55:00 303 0

Süni intellekt ABŞın yeni xəritəsini tərtib edib

Stenford Universitetinin mütəxəssisləri ABŞ-ın bütün günəş panellərinin peyk çəkilişlərinin analizi və xəritələnməsi üçün nəzərdə tutulan "DeepSolar" adlı süni intellekt sistemi hazırlayıblar. İş zamanı sistem həm evlərin damında quraşdırılan, həm də iri günəş fermalarında qurulan çoxlu panellər müəyyənləşdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, "DeepSolar" işin öhdəsindən bir neçə həftəyə gəlib, halbuki, adi yanaşma illər tələb edir (nəticədə məlumatlar köhnəlir). Əldə edilən məlumatlar əsasında hökumət bərpa olunan enerji mənbələrinə keçid üzrə strategiyaları daha dəqiq müəyyənləşdirə biləcək, məsələn, bu və ya digər regionda günəş energetikasına keçidin hansı sürətlə həyata keçirilməsini izləyəcək.