Kabildə hökumət binasına hücum: ölənlərin və yaralananların sayı artıb VİDEO


Dünya 25 Dek 2018 08:40:00 290 0

Kabildə hökumət binasına hücum: ölənlərin və yaralananların sayı artıb  VİDEO

Əfqanıstanın payxatı Kabildə hökumət binasına silahlı hücum nəticəsində ölən və yaralananların sayı artıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Najib Daniş bildirib.

O, qeyd edib ki, əvvəlcə binanın qarşısındakı avtomobil partladılıb və bundan sonra silahlı şəxslər içəri hücum edib. Hücum zamanı 29 nəfər həlak olub, daha 23 nəfər yaralanıb.

Əraziyə cəlb edilən polis 357 nəfəri binadan təxliyyə edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində silahlılardan 3-ü öldürülüb. Cinayətkarların hücumu zamanı öldürülənlərdən isə biri polis əməkdaşı, digərləri mülki vətəndaşlardır.