Yaponiyada valideynlər uşaqlarını belə tərbiyə edir


Digərləri 25 Dek 2018 08:41:00 818 0

Yaponiyada valideynlər uşaqlarını belə tərbiyə edir

Yapon uşaqlar çox mehriban və özlərini idarə edə biləndirlər. Orada çox nadir halda supermarketdə ona nəsə alınmadığına görə ağlayan uşaq görə bilərsən. Əlbəttə istisnalar qaydanı pozmur!

Bəs bu necə olur? Onlar necə kiçik yaşlarından bu qədər təmkinli ola bilirlər?

Yapon valideynlərin tərbiyə üsullarını sizinlə paylaşıram:

Ana və uşaq münasibətləri

Son.az bildirchin.az-a istinadən bildirir ki, onlar arasında çox güclü bağ var. Ana uşaqla vaxt keçirir və ona etdiyi hər bir şeydə köməklik göstərir. Uşağın etdiyi bütün hərəkətlər 5 yaşına qədər qəbul edilir. Belə olduğu təqdirdə uşaq daha yumşaq xarakterə malik olur və problemli hərəkətlər etmir.

Uşaqlar analarının gözündə mükəmməldirlər. Analar etdikləri hər şeydə uşaqlarına da öhdəliklər verirlər. Beləliklə, onlar kiçik yaşlarından məsuliyyətlərini dərk edir və böyüdükdən sonra da valideynlərinə kömək etməyi unutmurlar.

Hər kəs bərabərdir!