Gülnarə Xəlilova İstanbulda kolleksiyalar təqdim edəcək FOTO


Digərləri 25 Dek 2018 08:43:00 640 0

Gülnarə Xəlilova İstanbulda kolleksiyalar təqdim edəcək  FOTO

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova dekabrın 28-29-da İstanbulda keçiriləcək Moda həftəsində "Turan" və "Toxunuş" kolleksiyalarından olan 20 geyim təqdim edəcək. Bunu Trend-ə dizaynerin özü deyib.

AFWEU-nun təşkil etdiyi "Fashion Week Istanbul"da Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Nepaldan olan 15 məşhur dizaynerin kolleksiyaları da sərgilənəcək.

UNICEF-in rəsmi tərəfdaşı olan "Africa Fashion Week Europe/Asia Fashion Week Europe" (AFWEU, prezident - Aydın Acık) "Turkish Heart Foundation" ilə əməkdaşlıq edir.


Xəbərə aid fotolar