Google düzgün tələffüzü öyrədəcək


Digərləri 25 Dek 2018 08:46:00 881 0

Google düzgün tələffüzü öyrədəcək

"Google" şirkəti istifadəçilərə sözlərin düzgün tələffüzünü öyrədən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Funksiya hələlik ingilis dilində olan sorğular üçün işləyir.

Son.az ICTnews-a istinadən bildirir ki, sorğular üzrə yeni blok [how to pronounce compunction] (conpunction necə tələffüz olunur) tipində daxil edilir.

Bildirilir ki, "Learn to pronounce" düyməsini basmaqla istifadəçilər sözün tələffüzünü dinləyə və danışan şəxsin dodaqlarının hərəkətlərini izləyə biləcəklər.