Abşeronda usta hündürmərtəbəli binadan yıxılıb öldü


Digərləri 25 Dek 2018 08:38:00 781 0

Abşeronda usta hündürmərtəbəli binadan yıxılıb öldü

Abşeronda tikintidə ölüm hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Saray qəsəbəsi, Əmirov küçəsində "Halal" MTK şirkətinin inşa etdiyi hündürmərtəbəli yaşayış binasında usta işləyən, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu suvaq işləri apararkən binanın 9-cu mərtəbəsindən yıxılıb.

O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb.