Bu şəhərdə ekskursiya avtobuslarını süni intellekt sürür


Digərləri 25 Dek 2018 08:25:00 363 0

Bu şəhərdə ekskursiya avtobuslarını süni intellekt sürür

Süni intellekt texnologiyaları ilə təchiz edilmiş ikimərtəbəli ekskursiya avtobusları Şanxay meqapolisində sınaqdan keçirilir.   Son.az ICTnews-a istinadən bildirir ki, Çinin "Baidu" axtarış sistemi və Şanxayın turizm şirkətlərindən biri tərəfindən hazırlanmış yeni avtobuslar şəhər turunu daha rahat etmək üçün nəzərdə tutulub.   Turistlər sifətin tanınması prosedurunu keçdikdən sonra avtobusa əyləşə bilər, bu halda bilet tələb olunmur. Avtobusda əlçatan olan simsiz elektron tərcüməçilər vasitəsilə zəruri informasiyanı əldə etmək olar. Rus, ingilis, yapon, Koreya, tay, ispan, alman və ərəb dilləri dəstəklənir.   Cari ilin noyabrında "Baidu" və Şanxay bələdiyyəsi Şanxayın "ağıllı" şəhərə çevrilməsini nəzərdə tutan strateji əməkdaşlıq üzrə çərçivə sazişi imzalayıblar.