Kolumbiya Parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarını qeyd-şərtsiz azad edilməsini tələb edir


Digərləri 25 Dek 2018 08:22:49 317 0

Kolumbiya Parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarını qeyd-şərtsiz azad edilməsini tələb edir

Kolumbiya Parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib.

Bakı. Ləman Zeynalova - Kolumbiya Parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycan Respublikasının Boqotadakı Səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib. Həmid Zeynalovdan Trend-ə verilən məlumata görə, qətnamədə Kolumbiya Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər 7 rayonunun Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində işğalı, habelə yerli oradakı Azərbaycan əhalisinin etnik təmizlənməsinə məruz qalması faktının Kolumbiya tərəfinin narahatlığı qeyd edərək Ermənistanın bu agressiyanı pislənir və dünya ictimaiyyətini bu hadisələrin bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilməsinə çağırır. Həmçinin Azərbaycan torpaqlarının indiyədək işğal altında qalması və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələdə öz həllini tapmadığına görə dərindən təəssüfünü vurğulayır və bu münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri, münaqişə üzrə qəbul olunmuş beynəlxalq hüquqi sənədlərin, o cümlədən BMT Təhlükəsilik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırır. Eyni zamanda Qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını və Azərbaycan qaçqın və məcburi köçkünlərinin dərhal öz doğma torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edir. Sonda qətnamədə Kolumbiya Respublikasının Senatının xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Azərbaycan Hökuməti və xalqı tərəfindən ölkəsinin müdafiəsi üçün həyata keçirdiyi bütün səyləri tam dəstəkləyir və fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Kolumbiyadakı Səfirliyinin yüksək fəaliyyətini xüsusi vurğulayır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin