Suçiçəyinə yoluxma təktək hallarda müşahidə edilir


Digərləri 25 Dek 2018 08:04:00 623 0

Suçiçəyinə yoluxma təktək hallarda müşahidə edilir

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.

Son.az Trend-ə istinadən bildirir ki, RGEM-in direktor müavini Afaq Əliyeva deyib ki, xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır.

A.Əliyeva qeyd edib ki, heç bir məktəbəqədər müəssisədə və məktəbdə xəstəliyin artımı müşahidə edilmir:

"Heç bir müəssisədə xəstəliyin ocağı yoxdur. Xəstəliyin tək-tək hallarda müşahidə edilməsi isə adi haldır. Müallicə profilaktika müəssiələrimiz tərəfindən suçiçəyinə yoluxanlara diaqnozun vaxtında qoyulması, onların kollektivdən təcrid olunması, müaynəsi və müalicəsi, RGEM-in yerli şöbələri tərəfindən isə yerlərdə əks-epidemik tədbirlərin aparılması təmin edilir".