Django barədə TOP 9 kitab


Digərləri 25 Dek 2018 07:51:00 594 0

Django barədə TOP 9 kitab

Veb-freymvork Djanqo-nun rəsmi saytında ətraflı sənədləşməsi var: Orada həm nəzəriyyə, həm təlimat məlumatları həm də yeni başlayanlar üçün bələdçilər var. Lakin, keyfiyyətinə baxmayaraq, yeni başlayanlar rəsmi saytı bəyənmirlər. Və əgər siz də bu freymvork ilə yeni-yeni tanış olursunuzsa sizin iki yolunuz var. Birinci - kurslara yazılmaq. İkinci - kitab axtarmaq. Biz sizə ən yaxşı kitabları sadalayacağıq.

Django. Python üzərində Veb tətbiqlərin yaradılması - Jeff Forcier, Paul Bissex, Wesley J Chun.

Son.az technote.az-a istinadən bildirir ki, bu ən məşhur kitablardan biridir. Kitab biraz köhnə olsa da (kitabın 10 yaşı var) baza məlumatlar üçün uyğundur. Kitab yaxşı yazılıb. Nümunə kodlardan geniş istifadə olunur.

Django: Python üzərində Web-sayt yaratma təcrübəsi - Vladimir Dronov

Digər nümunədəki kimi bu kitab da köhnədir. Digər bir mənfi cəhət isə izahatın ardıcıllığının olmamasıdır. Müəllif addım-addım öyrətmək yox, dərin məqamlara toxunmaq istədiyini bildirib. Nəticədə kitab əsas məlumatları bilib amma hələ professional olmayanlar üçündür.

REST APIs with Django: Build powerful web APIs with Python and Django - William S. Vincent

Web-API yaratmaq üçün ən yaxşı kitablardan biridir .Həcminin az olmasına baxmayaraq (200 səh.) burada veb-interfeys nəzəriyyələrindən sənədləşmə tərtibatı və sxemlərə qədər bütün xırdalıqlar ətraflı yazılıb.

Test-Driven Development with Python: Obey the Testing Goat: Using Django, Selenium, and JavaScript - Harry J. W. Percival

Annotasiyada qeyd olunub ki, müəllif özünün gənc versiyasına indi bildiyi bütün alqoritm və alətləri başa salmaq istəyərdi. Və ümumilikdə o bunu bacardı. Lakin unutmayın ki, Django və Python tərtibatçılığın yalnız kiçik bir hissəsidir. Odur ki, ümumi və hərtərəfli öyrənmək istəyənlər üçün bu kitab uyğun olmayacaq.

Django for Beginners: Build websites with Python and Django - William S. Vincent

Amazon-da rəylərdə bu kitabın əslində rəsmi sənədləşməyə ideal əvəz olduğunu deyirlər. Və əsasən iki müsbət tərəfini qeyd etməliyik: Bütün əməliyyatlar "əməlli-başlı" xırdalanıb və oxucuda "Axı bu niyə belədir?" sualı heç vaxt yaranmır. Əgər nəyisə başa düşməsəniz sualınızı email ilə müəllifə göndərə bilərsiniz. Deyilənə görə Uilyam heç kəsi cavabsız qoymur. Lakin unutmayın ki, kitab əsasən yeni başlayanlar üçündür və baza məlumatlarından çox uzağa gedə bilməyəcəksiniz.