“Səma” rəqs ansamblının hesabat konserti keçirilib (FOTO)


Digərləri 25 Dek 2018 07:41:18 333 0

“Səma” rəqs ansamblının hesabat konserti keçirilib (FOTO)

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı R.Behbudov adına Mahnı Teatrında hesabat konserti keçirib.

Bakı. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı R.Behbudov adına Mahnı Teatrında hesabat konserti keçirib. Bakı şəhər Mədəniyyət Baş İdarəsindən Trend-ə verilən məlumata görə, konsertdə idarə rəisi Cəlil Məlikov, Xətai Rayon İcra Hakimiyyətinin və Gənclər İdarəsinin əməkdaşları Müşviq Məmmədov, Məmməd Rzayev, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər. Aparıcı Humay Muxtarova konserti açıq elan edərək, bütün qonaqları qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.