Apple şirkəti 2 yeni iPad modeli təqdim edə bilər


Digərləri 25 Dek 2018 07:31:00 314 0

Apple şirkəti 2 yeni iPad modeli təqdim edə bilər

2019-cu ilin ilk yarısında Apple şirkəti öz pərəstişkarlarını yeni iPad modelləri ilə sevindirə bilər. Söhbət yeni iPad Mini modeli və yüksək qiymət göstəricisinə sahib olmayan 9.7 düym ekranlı iPad modelindən gedir. Bu barədə Macotakara saytı xəbər verib. Məlumata əsasən yeni iPad Mini modelinin istehsalına bu ayın sonunda start verilməlidir.

Son.az technote.az-a istinadən bildirir ki, beşinci nəsil iPad Mini modeli yeni prosessor və ekranla təchiz olunacaq. Qeyd etmək lazımdır ki, şirkət artıq bir neçə ildir ki, iPad Mini seriyasını yeniləmir. Belə ki, iPad Mini 4 2015-ci ildə satışa çıxmışdı. Lakin 9.7 düym ekrana sahib iPad bu ilin mart ayında təqdim edilmişdi.