Muğam Mərkəzində İsrail dramaturqunun tamaşası nümayiş olunub (FOTO)


Digərləri 25 Dek 2018 01:54:57 365 0

Muğam Mərkəzində İsrail dramaturqunun tamaşası nümayiş olunub (FOTO)

İddo Netanyahunun "Məna axtarışında" əsərinin motivləri əsasında qoyulan tamaşa nümayiş edilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bədii heyyəti tərəfindən məşhur İsrail dramaturqu İddo Netanyahunun "Məna axtarışında" əsərinin motivləri əsasında qoyulan tamaşa nümayiş edilib. Trend-in məlumatına görə, tədbir İsrailin Azərbaycandakı səfirliyi, "Nariman film" və Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilib. Tədbiri açan səfir Dan Stav çıxışında böyük dramaturq İddo Netanyahunun əsərinin Bakı səhnəsində nümayişindən böyük məmnunluğ hissi keçirdiyni bildirərək, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə olan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və gün-gündən möhkəmləndiyini vurğuladı. Səfir belə gözəl gecənin təşkil olunmasına görə Beynəlxalq Muğam Mərkəzinin direktoru cənab Murad Hüseynova dərin təşəkkürünü bildirdi. İsrailin məşhur dramaturqu İddo Netanyahu və onun xanımı da gecənin məşhur və hörmətli qonaqları arasında idilər. Sonra tamaşaçılara İddo Netanyahunun Holokost mövzusuna həsr olunmuş "Məna axtarışında" əsərinin motivləri əsasında qoyulmuş tamaşa təqdim olunub.