Avstriya prezidenti vətəndaşlığı ləğv olunmuş türklərin məsələsinə yenidən baxılmasını tələb edib


Dünya 24 Dek 2018 23:55:00 572 0

Avstriya prezidenti vətəndaşlığı ləğv olunmuş türklərin məsələsinə yenidən baxılmasını tələb edib

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen ikili vətəndaşlığa sahib olduqlarına görə Avstriya vətəndaşlığı ləğv olunmuş şəxslərin məsələsinə yenidən baxılmasını tələb edib. Dövlət başçısı yerli mətbuata verdiyi açıqlamada qeyd edib ki, Konstitusiya Məhkəməsinin yararsız dəlil kimi dəyərləndirdiyi siyahı əsasında insanların vətəndaşlığının ləğv edilməsi xoşagəlməzdir və buna görə də artıq hüquqi qüvvəyə minmiş hallara yenidən baxılmasına tərəfdardır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın Daxili İşlər Nazirliyindən dövlət başçısının açıqlaması ilə bağlı verilən bəyanatda isə qüvvədə olan qanunvericiliyin nəzərə alınmalı olduğu qeyd edilib. Həmin şəxslərin qərardan şikayətvermə hüququ olduğu bildirilib və Konstitusiya Məhkəməsinin məlum qərarından sonra vətəndaşlığın ləğv edildiyi halların yenidən yoxlanıldığı bildirilib.