Analitiklər neftin qiyməti üzrə proqnozu endiriblər


Digərləri 24 Dek 2018 23:30:00 472 0

Analitiklər neftin qiyməti üzrə proqnozu endiriblər

Analitiklər 2019-cu il üzrə neftin qiymətinə dair proqnozu aşağı salıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Wall Street Journal" tərəfindən aparılan sorğuda iştirak edən 13 qlobal investisiya bankının analitikləri 2019-cu ilə dair neftin qiyməti üzrə proqnozu endiriblər. Analitiklər 2019-cu ildə "Brent" markalı xam neftin bir barrelinin orta qiymətinin 69 dollar olacağını gözləyirlər. Əvvəlki proqnoz 77 dollar/barrel idi. "Light" nefti üçün orta qiymət proqnozu isə 70 dollar/barreldən 63 dollar/barrelə endirilib.