Əzgilin bilmədiyimiz faydaları


Digərləri 24 Dek 2018 23:36:00 613 0

Əzgilin bilmədiyimiz faydaları

Əzgil ölkəmizdə qədim dövrlərdən becərilən aborigen və qiymətli meyvə bitkisi olsa da biz onun faydaları haqqında az məlumatlı olduğumuzdan qidamızda, xüsusən də təbabətdə ondan geniş istifadə etmirik. Halbuki həm əzgil, həm də onun çəyirdəyi və yarpağı bir çox xəstəliklərin müalicəsi üçün əla vasitədir.

Son.az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a müsahibəsində əzgilin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, əzgilin gər və turşaşirin tamlı meyvələri şəkərlər, makro və mikroelementlərlə zəngindir.

Meyvələrin tərkibində şəkərlər, turşular (əsasən alma turşusu), dabbaq maddələri, azotlu maddələr, pektin, karbohidratlar, həmçinin müxtəlif vitaminlər (A, C, B1, B2, B3, B6, B9), mikroelementlər (kalium, kalsium, dəmir, maqnezium, yod, fosfor, natrium, selen, sink), fitonsidlər, dabbaq maddələri var. 100 qram meyvənin kaloriliyi 53 kilokaloridir.