Budapeşt: fırtına öncəsi sakitlik


Dünya 24 Dek 2018 23:24:00 505 0

Budapeşt: fırtına öncəsi sakitlik

Budapeştdə keçirilən geniş etiraz nümayişlərindən sonra paytaxtda Milad bayramı günlərində həyəcanlı sükunət hökm sürür. Lakin bayramdan sonra onların yenidən vüsət alacağı heç kim üçün sirr deyil.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstan hökumətinin rəsmisi Zoltan Kovaç hakimiyyətin bu etirazları ciddiyə almadığı və onların Baş nazirin və onun siyasətinin xaricdəki əleyhdarlarının oyunu olduğu qənaətindədir. O bəyan edib: "Əslində, həmin Qərb KİV-lərinin də şişirtdiyi etirazçıların sayı ilə bağlı rəqəmlər o qədər də böyük deyil. Nümayişçilərin sırasında son iki ildə Sorosun səxavətlə maliyyələşdirdiyi siyasi fəalları görürük. Məhz onlar iğtişaşları qızışdırırlar. Onu da deməliyəm ki, bu hadisələrdə polisin hərəkətləri kütlənin aqressiv davranışına cavabdır".