Tramp: "Səudiyyə Ərəbistanı ABŞın əvəzinə..."


Dünya 24 Dek 2018 23:27:00 256 0

Tramp: "Səudiyyə Ərəbistanı ABŞın əvəzinə..."

Səudiyyə Ərəbistanı hökuməti ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün vəsait ayırmağa razılaşıb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.

"Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün lazımi vəsait ayırmağa razılıq verib. Görürsünüz? Məgər Suriyadan 5 min mil məsafədə olan böyük ABŞ-ın deyil, fövqəladə zəngin ölkənin qonşularının bərpasına kömək etməsi xoş deyil?", - deyə o yazıb.