Gündə cəmi 1 ədəd kök yeyin Alimlərin yeni araşdırması inanılmaz faktları ortaya çıxardı


Digərləri 24 Dek 2018 22:56:00 615 0

Gündə cəmi 1 ədəd kök yeyin  Alimlərin yeni araşdırması inanılmaz faktları ortaya çıxardı

Gündə 1 ədəd yerkökü yemək orqanizmin güdəlik A vitamininə olan təlabatını artıqlaması ilə ödəyir. Belə nəticəyə yerkökü ilə bağlı araşdırma aparan alimlər gəliblər. Amma yerkökünün faydaları bununla bitmir.

Son.az medicina.az-a istinadən bildirir ki, 1 orta ölçülü yerkökü və ya yarım stəkan doğranmış yerkökü 1 pay hesab olunub 30 kalori təşkil edir. Tərkibində 6 qr karbohidrat, 3 qr şəkər və 1 qr zülal var. Mükəmməl bir A vitamini qaynağıdır. Yerkökü beta karotenlə zəngindir. Bu maddə qaraciyərdə A vitamininə çevrilir.

Araşdırmalar nəticəsində məlum olub ki, yerkökü ağciyər, süd vəzi, prostat və bağırsaq xərçəngi riskini azaldır. Alimlər siqaret çəkib heç yerkökü yeməyən insanlarla, siqaret çəkib, amma həftədə bir və daha çox kök yeyən insanları müqayisə ediblər. Məlum olub ki, 2-cilərin ağciyər xərçənginə yoluxma halı 3 dəfə azdır. 

Gənc oğlanlarda da beta karotinlə zəngin pəhrizlə qidalanmanın prostat xərçənginə yoluxmanı azlaltdığı məlum olub. Yerkökünün çiy şəkildə idtifadəsi isə qadınlarda süd vəzi xərçəngi riskini 5-8 faiz arası azaldır. Liflə zəngin tərkibi isə bağırsaq xərçəngi riskini 24 dəfəyədək azalda bilər.