"Zaman maşını" düzəltməyin yolu tapıldı


Digərləri 24 Dek 2018 22:34:00 873 0

"Zaman maşını" düzəltməyin yolu tapıldı

ABŞ-ın Massaçusets Universitetinin alimləri insanın keçmişə səyahət etməsinə imkan verən zaman maşınını düzəltməyin nəzəri baxımdan mümkün olduğu fikrinə gəliblər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda press-reliz "Science Alert" jurnalında dərc olunub.

Alimlərin fikrincə, belə bir aparatı "iki çılpaq sinqulyarlıq" vasitəsilə hazırlamaq olar.

Nisbilik nəzəriyyəsi spesifik şərtlərdə səbəb-nəticə prinsipinin pozulmasına əngəl olan qapalı zamanabənzər əyrilərin mövcudluğunu mümkün hesab edir. Təbiət zamanda səyahətlə bağlı paradoksların meydana gəlməsinə imkan verməsə belə, fiziki sistemdə mənfi kütləli ekzotik materiyanın olduğu şəraitdə "zaman ilmələri" ərsəyə gələ bilər. Hələlik kainatda belə "zaman ilmələrinin" mövcudluğu aşkarlanmayıb.