2018ci ildə hərraclarda satılan ən qeyriadi əşyalar FOTO


Digərləri 24 Dek 2018 22:06:00 386 0

2018ci ildə hərraclarda satılan ən qeyriadi əşyalar  FOTO

2018-ci ildə hərraclara çıxarılan və inanılmaz qiymətlərə satılan 13 ən qeyri-adi əşyaların adları açıqlanıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, onları əldə edən şəxslərin bir çoxunun adı gizli qalıb. Həmin qəribə əşyaları sizə təqdim edirik.

Nəhəng mirvari

"Yatmış şir" adlanan şirin su mirvarisi Niderlandda keçirilən Venduhius hərracında 320 min avroya satılıb. Uzunluğu 2,8 inçə (1 inç=2,5 sm) və çəkisi 4 unsiya (1 insiya=31,1 qram) olan bu mirvari Avropaya Çindən gətirilib və 1700 il əvvəl cilalanıb. "Yatmış şir" uzun əsrlər tacirlər tərəfindən müxtəlif hökmdarlara satılıb. Sonda isə Avropanın kral saraylarının bəzəyi olub.

Ay süxurunun hissəciyi

Sovet "Luna-16" missiyasının Ayın səthindən 1970-ci ildə gətirdiyi süxurunu hissəciyi Nyu-Yorkdakı "Sotbi" hərracında 855 min dollara satılıb. Bu əşyanı sovet kosmonavtikasının banisi Sergey Korolyovun həyat yoldaşı Nina Korolyova təqdim edib. Qaya süxurunun hissəciyi görkəmli konstruktora Sovet İttifaqında kosmosun tədqiqi sahəsindəki xidmətlərinə görə hədiyyə edilib.

Stiven Hokinqin əlil arabası

Dahi alim Stiven Hokinqin adını daşıyan fond tərəfindən təqdim olunan əlil arabası Kristi onlayn hərracında 393 min dollara satılıb. Bu arabadan 1960-cı ildən 1990-cı ilin əvvəlinədək istifadə olunub. Hərracın rəhbəri Tomas Venniqin sözlərinə görə, 1977-ci ildə Hokinqin vəliəhd şahzadə Çarlzla görüşü zamanı yerdəki oyuncaqların üzərindən keçdiyi bu hərəkət vasitəsi dünyada ən çox sürülmüş əlil arabasıdır.

Tamamilə brilyantdan olan üzük


Xəbərə aid fotolar