2018ci ildə elm aləmində baş vermiş 10 ən böyük hadisə açıqlanıb


Digərləri 24 Dek 2018 21:45:00 704 0

2018ci ildə elm aləmində baş vermiş 10 ən böyük hadisə açıqlanıb

"Science News" jurnalı tanınmış alimlərin iştirakı ilə 2018-ci ildə elm aləmində baş vermiş 10 ən böyük hadisəni müəyyən edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, jurnalın versiyasına görə, ilk yeri ABŞ və Avropa alimlərinin qlobal istiləşmə, planetin gələcəyi ilə bağlı apardıqları tədqiqatın nəticələrinə dair hesabatda daha müfəssəl və dəqiq faktların təqdim edilmədi olub. Bu tədqiqat, jurnalın yazdığına görə, bəşəriyyətin və planetimizin yaxın gələcəyi üçün yol xəritəsidir.

İkinci hadisə çinli alim He Jiankuyun süni mayalanma ilə 7 cütlüyün geninə dəyişiklik etməsi, bunun nəticəsində genetik modifikasiya olunmuş körpələrin dünyaya gəlməsidir. Alimin sözlərinə görə, əkizlərin atası QİÇS xəstəsi olduğu üçün onların geninə müdaxilə edilib. Jiankuy 22 embriondan 16-sı üzərində dəyişiklik etdiyini bildirib. Çinli alimin bu əməliyyatını pisləyənlər olsa da, bəzi elm adamları körpələrin sağlam doğulması baxımından ona haqq qazandırıblar.

"Science News" elm aləmində üçüncü sensasiyalı hadisənin ABŞ-da genealogiya sayəsində insanların "gen ağacının" dəqiq xəritəsi əsasında uzun illər öncə baş vermiş cinayətlərin üstünün açılmasıdır. Polis idarələrində DNT məlumat bazasının yaradılması və onun hamı üçün əlçatan olması ölkədə geniş mübahisələrə səbəb olub. Bundan başqa, 12 milyon amerikalı polis idarələrinə müraciət edərək, onların ailə üzvlərinə qarşı illər öncə törədilən cinayətlərin açılmasını xahiş ediblər.