Rəsmi təkcə görərək yox, qoxlayaraq zövq almağın yolu MÜSAHİBƏ FOTO


Digərləri 24 Dek 2018 21:51:00 579 0

Rəsmi təkcə görərək yox, qoxlayaraq zövq almağın yolu  MÜSAHİBƏ  FOTO

Hər kəsin yaxşı tanıdığı, dünyada məşhur olan, hər səhər içdiyiniz kofenin incəsənət nümunəsi ola biləcəyini düşünmüsünüz? Yoxsa üzərinizə töküləndə ancaq çirkləndirdiyinin şahidi olmusunuz?

Kofe art müasir və yeni sənət sahəsi kimi səslənsə də, əsrlər öncə yaranıb. Qədim zamanlarda çinli rəssamlar rəsmlərinə xüsusi rəng qatmaq üçün çaydan istifadə edirdilər. Avropada bir çox rəssamlar bundan ilhamlandılar və kofe Avropaya gəldikdə, onunla rəsmlər yaratmağa başladılar.

Son illər dünyada yayılmaqda olan bu sənət növü rəsmləri boya ilə deyil, kofe ilə yaratmaqdan ibarətdir. 

Son.az oxu.az-a istinadən Azərbaycanda yegane kofe art ustası olan Elvina Kərimlə müsahibəni təqdim edir:

- Sizi tanımayanlar üçün özünüzü təqdim edin.

- Elvina Kərim, 22 yaşım var. Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsini bitirmişəm.

- Bu işi görməyə nə vaxtdan başlamısınız və bu, necə ağlınıza gəldi? Nədən ilhamlandınız?

- Bu işə başlamağım tamamilə təsadüfi olub. Birinci kursda oxuyanda hər bir tələbə kimi, mən də fərqli bir şey etmək istəyirdim, memarlıq fakültəsində təhsil aldığım üçün digər incəsənət fakültələri kimi sərbəst işlər rəsmlə bağlı olurdu. 

Bunu fərqli üsulla etmək üçün kağızları kofe ilə köhnəldirdim, sonra həmin kağızın üzərində qələmlə rəsm çəkirdim. "Niyə rəsmin özünü kofe ilə çəkməyim?" deyə düşündüm və sınadım. Uğurlu alındı, beləcə, davam etdim. Maraq gördükcə işi böyütdüm, portret və başqa üsullarda rəsmlər çəkməyə başladım.

- Ən çox nə çəkməyi sevirsiniz?


Xəbərə aid fotolar