İlandan müdafiə təlimində TƏHLÜKƏLİ ANLAR


Digərləri 24 Dek 2018 22:00:00 1247 0

İlandan müdafiə təlimində  TƏHLÜKƏLİ ANLAR

Taylandda anakonda ilanından müdafiə təlimi zamanı kuryoz hadisə baş verib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, 40 yaşlı yanğınsöndürən Khun Apicheti məktəblilərə ilandan necə qorunmağın lazım olduğunu göstərib. Bu zaman 5 metrlik ilan təlimçiyə dolaşaraq onu hərəkətsiz hala salıb. Qorxu dolu anlar kamerada əks olunub.

Təlimin davamında Khun bir əliylə ilanın başını tutub və dişləməsinə imkan verməyib. Digər əlini isə yuxarı qaldıraraq ilanın onu boğmasının qarşısını alıb.