İbrahim Kalın: "Donald Tramp gələn il Türkiyəyə səfər edə bilər"


Dünya 24 Dek 2018 21:39:00 483 0

İbrahim Kalın: "Donald Tramp gələn il Türkiyəyə səfər edə bilər"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla son telefon danışığı zamanı onu Türkiyəyə səfərə dəvət edib.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə Ankarada keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. 

O, ABŞ prezidentinin 2019-cu ildə Türkiyəyə səfər edə biləcəyini diqqətə çatdırıb.