İranda minlərlə insanı edam etdirən sədr ölüm ayağında


Dünya 24 Dek 2018 21:20:00 308 0

İranda minlərlə insanı edam etdirən sədr ölüm ayağında

İranın keçmiş məhkəmə sədri Mahmud Haşimi Şahrudinin səhhəti pisləşib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran rəsmi xəbər agentlikləri məlumat yayıb. Şahrudinin hazırda koma vəziyyətində olduğu bildirilib.

70 yaşı olan Haşimi Şahrudi 1 ildir səhhətində yaranan problerlə mübarizə aparır. Keçən il Almaniyada müalicə üçün xəstəxanaların birinə yerləşən Şahrudinin müalicəsi insan hüquqları müdafiəçilərinin etirazından sonra yarımçıq qalıb və o, İrana aparılıb.

Qeyd edək ki, Şahrudi İraqın Nəcəf şəhərində anadan olub. Hazırda "Məclisi Xubrəqan"ın (Seçilmişlər məclisi) üzvüdür. Bundan əvvəl məhkəmə sistemimin başçısı olub.