Ermənilər xahiş etdi, rus alim araşdırdı:


Dünya 24 Dek 2018 21:26:00 535 0

Ermənilər xahiş etdi, rus alim araşdırdı:

Rusiyalı tədqiqatçı Oleq Petrenko tarixi xəritə və məlumatlara əsaslanaraq, Azərbaycan və Ermənistanın tarixi barədə danışıb, Qarabağın hansı dövlətə məxsus olmasına dair faktlarla çıxış edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Petrenko özünün Yutub kanalında Ermənistandan ona "Böyük Ermənistan"la bağlı tarixi faktları araşdırmağın təklif olunduğunu qeyd edib.

"Mənə İrəvandan Bakının bir vaxtlar Ermənistana məxsus olmasını araşdırmaqla bağlı təklif gəldi. Qədim xəritələri araşdırarkən Ermənistanın özünün müxtəlif dövlətlərin tərkibində olmasına dair məlumatlara rast gəldim", - tədqiqatçı bildirib.