Almaniyadan İrana gözlənilməz zərbə


Dünya 24 Dek 2018 21:29:00 294 0

Almaniyadan İrana gözlənilməz zərbə

Almaniya hökuməti İranın "Mahan Air" aviaşirkətinin uçuşlarını qadağan edəcək. 

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, İranın "Mahan Air" aviaşirkəti ABŞ-ın sanksiya siyahısında yer alıb.

Aviaşirkət Suriyaya əsgər və sursat daşımaqda ittiham edilir. Ona görə də Almaniya "Mahan Air" aviaşirkətin Almaniyaya və Almaniya xaricinə uçuşlarına qadağa qoyacaq.

"Bild" qəzetinin xəbərinə görə, Almaniya hökuməti aviaşirkətin Münxen və Düsseldorf hava limanlarından uçuşlarını dayandırmağa qərar verib.