Juventus-un ən çətin transferi kim olub?


İdman 24 Dek 2018 21:25:00 559 0

Juventus-un ən çətin transferi kim olub?

Fabio Paratiçi komandasının ən çətin keçən transfer danışıqlarından bəbs edib.

Juventus-un idman direktoru 

Goal.az xəbər verir ki, idman direktoru Turin klubunun Karlos Tevesi çətinliklə əldə etdiyini bildirib. “Onunla 2011-ci ildə əlaqə yaratdıq. Həmin vaxt Teves Manchester City-də oynayırdı. Komandamız üçün mövsüm uğursuz keçirdi. Klub Çempionlar Liqasında yer almayanda top-futbolçuları əldə etmək asan olmur. Teves transferə razı idi. Amma maliyə məsələsinə və digər səbəblərə görə danışıqlar alınmadı. Onunla əlaqəni kəsmədik. Nəhayət, istədiyimizə nail olduq. 2013-cü ildə transfer baş tutdu. Ronaldonun keçidi çətin olmadı. Portuqaliyalını dilə tutmaq lazım gəlmədi. Özü Juventus-da forma geyinməyi arzulayırdı. ÇL-nin finalından sonra Turinə gəldi” -, Paratiçi deyib.