Artıq reklamın qiymətini avtomatik hesablamaq mümkündür


Digərləri 24 Dek 2018 21:11:00 375 0

Artıq reklamın qiymətini avtomatik hesablamaq mümkündür

Adra.gov.az-a daxil ol, reklamın qiymətini avtomatik hesabla!

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) rəsmi saytında (http://adra.gov.az/az) kalkulyator bölümü (http://adra.gov.az/az/page/calculator) artıq aktivdir. Agentlikdən Son.az-a verilən məlumata görə, yerinə, növünə, ölçüsünə və müddətinə görə açıq məkandakı reklamın məbləği ƏDV də daxil olmaqla dərhal hesablanır. Tezliklə sahibkarlar ödənişləri də həm onlayn, həm də ödəniş terminalları üzərindən edə biləcəklər. Bu istiqamətdə işlər tamamlanmaq üzrədir.

Ölkə üzrə açıq məkanda reklamı olan 8 min sahibkar arasında anonim keçirilən SMS sorğu əsasında müəyyənləşib ki, iş adamlarının əksəriyyəti ADRA ilə əməkdaşlıqdan məmnundur və reklamın qeydiyyatı zamanı hər hansı çətinliklə üzləşməyiblər.