"Bu səbəbdən də hər kəsi məsuliyyətli olmağa çağırıram"


Dünya 24 Dek 2018 21:14:00 423 0

"Bu səbəbdən də hər kəsi məsuliyyətli olmağa çağırıram"

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyada İŞİD terrorçularına qarşı məhz bölgədəki kürd birləşmələrinin köməyinə söykənərək hərəkət etdiyini bildirib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Makron Çad Respublikasına səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib. O həmçinin, Suriyadakı qoşunlarını çıxarmaq barədə qərar verdiyinə görə ABŞ-ı məsuliyyətsizlikdə ittiham edib.

"Beynəlxalq koalisiya qüvvələri Suriyada İŞİD terrorçularına qarşı məhz bölgədəki kürd birləşmələrinin köməyinə əsaslanaraq hərəkət edirlər. Bu səbəbdən də hər kəsi məsuliyyətli olmağa çağırıram. Kürdlərə borclu olduğumuzu unutmamalıyıq", - deyə Makron vurğulayıb.