Şeyma paylaşımı ilə Acuna mesaj göndərdi


Digərləri 24 Dek 2018 20:29:00 473 0

Şeyma paylaşımı ilə Acuna mesaj göndərdi

Prodüser və aparıcı Acun İlıcalıdan boşanaraq gündəm olan Şeyma Subaşı indi də paylaşımları ilə təəccübləndirir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ayrılıqdan sonra qızı Melisa ilə bir müddət Londonda dincələn Şeyma vətəninə geri dönüb. O, ötən gün şəklini hesabında yerləşdirib və bu sözləri ilə hamını çaş-baş salıb:

"Hər zaman bir plana ehtiyacımız olmaz... Bəzən sadəcə nəfəs almağınız, güvənməyiniz, buraxmanız və nə baş verəcəyini görməyiniz lazımdır".