Lənkəranda tank əleyhinə mina tapılıb (FOTO)


Digərləri 24 Dek 2018 20:20:00 540 0

Lənkəranda tank əleyhinə mina tapılıb (FOTO)

Lənkəranda 1 ədəd təlim məqsədli tank əleyhinə mina aşkar olunub.

Bakı. Lənkəranda 1 ədəd təlim məqsədli tank əleyhinə mina aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 11:42-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində minanın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.