İlon Mask ordu üçün kosmosa peyk göndərdi


Digərləri 24 Dek 2018 20:09:00 548 0

İlon Mask ordu üçün kosmosa peyk göndərdi

İlon Maskın "SpaceX" şirkəti ilk dəfə olaraq ABŞ ordusu üçün kosmosa peyk göndərib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, "Falcon 9" raketi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir qlobal yer təyinetmə peykini orbitə aparıb. Raket "Cape Canaveral" kosmik bazasından göndərilib. Pis hava şəraiti və texniki problemlər səbəbindən bu layihə 4 dəfə təxirə salınmışdı.

Məlum olub ki, raket peyki orbitə oturtmaq üçün bütün yanacağı sərf edib və dünyaya geri qayıtmayacaq.