Ermənistan ordusunun zabiti:


Dünya 24 Dek 2018 19:39:00 315 0

Ermənistan ordusunun zabiti:

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bir-birinə etibar yoxdur".

Son.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin silahlı qüvvələrinin polkovniki Vazgen Sarkisyan adına Hərbi Akademiyanın müəllimi Armen Qakiçyan "KTMT-yə çağırış, təhlükə və hadisələrin inkişafına hüquqi baxımdan yanaşma" mövzusunda dekabrın 24-də keçirilən "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, üzv dövlətlər arasında təşkilat daxilində dağıdıcı fəaliyyətə yönəlik müəyyən informasiya aksiyası var: "Qazaxıstanda təlimin gedişində tərəflər qarşısında qoyulan tapşırıqla heç kim məşğul deyil. Bu təkcə tərəflərin bir-birinə etibar etməməsi deyil, həm də bir çox başqa mətləblərdən xəbər verir. Bir çox məsələlər yenidən baxılmalıdır. Əks halda, bu, yaxşı heç nə vəd etmir".