Real-a Fekir təklifi


İdman 24 Dek 2018 19:34:00 546 0

Real-a Fekir təklifi

Lyon-un yarımmüdafiəçisi Nabil Fekir karyerasını Real-da davam etdirə bilər.

Goal.az Marca nəşrinə istinadən xəbər verir ki, “kral klubu”na fransızı əldə etmək təklif olunub. 25 yaşlı futbolçunun indiki klubu ilə müqaviləsi 2020-də başa çatır. Yarımmüdfiəçinin Barcelona, Chelsea və Bayern Münich-in də hədəfində olduğu deyilirdi. Məlum olub ki, Kataloniya klubu Fekirlə daha maraqlanmır. Bütün diqqətini Ajax-dan Frenki de Yonqun transferinə yönəldib.

Fekir bu mövsüm Lyon-un heyətində 16 oyun keçirib. Hesabında 6 qol və 4 məhsuldar ötürmə var.