Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası


Dünya 24 Dek 2018 18:34:00 308 0

Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası

Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında Gümrüdəki hərbi bazada vəziyyətlə bağlı etiraz aksiyası keçiriləcək.

Son.az Report-a istinadən xəbər verir ki, aksiya dekabrın 25-də olacaq.

Bildirilib ki, Rusiyanın 102 saylı hərbi bazası hərbçilərinin nizamnaməni pozaraq Ermənistan vətəndaşlarının təhlükəsizliyini təhdid etməsi etiraz tədbirinin keçirilməsinə səbəb olub.