Ölkədə istehsal olunan dənli bitkilərin statistikası açıqlandı


Digərləri 24 Dek 2018 18:09:00 518 0

Ölkədə istehsal olunan dənli bitkilərin statistikası açıqlandı

Dekabrın 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,8 faizi, yaxud 1049,4 min hektarı biçilib və həmin sahələrdən 3059,9 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çox məhsul götürülüb.

Mİlli.Az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,2 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanan 31,7 min hektar dən üçün qarğıdalı sahəsindən 226,8 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 71,5 sentner qarğıdalı dəni götürülüb.