Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirini qəbul edib


Digərləri 24 Dek 2018 18:03:00 349 0

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Azərbaycana yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluğunu ifadə edən tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini, o cümlədən biznes forumların keçirilməsinin vacibliyini vurğulayıblar. Habelə tərəflər enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Səfir Hamad Abdulla Xudayir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib. E.Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin