KOBİA Müşahidə Şurasının ilk iclası keçirildi


Digərləri 24 Dek 2018 17:19:00 490 0

KOBİA Müşahidə Şurasının ilk iclası keçirildi

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının ilk iclası keçirilib.

Son.az bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinə əsasən, KOBİA-nın idarəetmə orqanları - Müşahidə Şurası və İdarə Heyəti yaradılıb.

Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət olmaqla, Şuranın sədri İqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinləri və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Şuranın üzvləridir. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

İclasda Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılmış KOBİA strukturları və dəstək mexanizmləri vasitəsilə sahibkarlara təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə və digər xidmətləri operativ, şəffaf və nəzakətlilik prinsipləri əsasında təqdim edəcəkdir.