Bakıda maşın aşdı, 5 nəfər xəsarət aldı


Digərləri 24 Dek 2018 17:04:00 282 0

Bakıda maşın aşdı, 5 nəfər xəsarət aldı

Ramanada yol qəzası baş verib.

DİN-dən Son.az-a verilən məlumata görə, dekabrın 23-də saat 14 radələrində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi "NAZ Lifan" markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan qayınanası M.İsmayılova orada ölüb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.