Baş məşqçi mükafat ala biləcəkmi?


İdman 24 Dek 2018 16:53:00 517 0

Baş məşqçi mükafat ala biləcəkmi?

Manchester United-in baş məşqçisi Ule-Qunnar Sulşer böyük məbləğdə pul mükafatı ala bilər.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” İngiltərə çempionatını ilk “dördlük”də başa vursa, klub norveçli mütəxəssisə 2,2 milyon avro bonus ödəyəcək. İlk “dördlük” komandanın birbaşa Çempionlar Liqasının qrup mərhələsinə düşməsi deməkdir. Bu baş verərsə, klub 44 milyon avro qazanacaq.

Sulşerin komandası hazırda 29 xalla turnir cədvəlində 6-cı yerdədir. “Qırmızı şeytanlar”ı dördüncü pillədən 8 xal ayırır.